Valyuta məzənnəsi
Xəbər lentİ

Sabahdan 5 günlük tətil başlayır

09:09, 29.12.17
azerbaycan, cemiyyet
Sabahdan 5 günlük tətil başlayır

Sabahdan - dekabrın 30-dan Azərbaycanda 5 günlük tətil başlayır.

Xeberpress.az Axşam.az-a istinadla xəbər verir ki, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.

Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün - dekabrın 30-u, 31-i, yanvarın 1-i, 2-si və 3-ü iş olmayacaq. Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla