Valyuta məzənnəsi
Xəbər lentİ

Nigar Camal ad gününu qeyd edir

10:50, 07.09.16
azerbaycan, maqazin
Nigar Camal ad gününu qeyd edir

"Eurovision 2011"-in qalibi Nigar Camalın ad günüdür.

Xeberpress.az-ın məlumatına görə, 36 yaşı tamam olan müğənni təəssüratlarını izləyiciləri ilə bölüşüb:

"İlin bu gününü hər dəfə fərqli formada qarşılayır və yola salıram. Çox nadir hallarda bu günü qeyd edirəm. Onlardan bəzilərini isə ömrüm boyu xatırlayacağam.

Ad günümü dostlarımla da, ailəmlə də, tək də qeyd etdiyim vaxt olub. Gülürəm, sevinirəm, nifrət edirəm, sevirəm... Nə isə, xatırlayacaq çox məqamlar var. Baxaq görək, yeni günlər mənə nə qismət edəcək. Ən əsası odur ki, 36 il əvvəl bu gün mən dünyaya gəlmişəm".

Qeyd edək ki, N.Camalın iki qız övladı var. İfaçının qızları Səidə və Jasmin Londonda təhsil alırlar. N.Camal övladları ilə birlikdə orada yaşa
yır.

Nigar Camal ad gününu qeyd edir

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla