Valyuta məzənnəsi
Xəbər lentİ

Paytaxtın bu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ

10:39, 18.12.17
azerbaycan, cemiyyet
Paytaxtın bu yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılır - Sürücülərin NƏZƏRİNƏ

Bakı şəhərinin Babək prospektində aparılacaq yenidənqurma işləri ilə əlaqədar olaraq bu gündən etibarən sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti yol bağlanmadan hissə-hissə qismən məhdudlaşdırılacaq.

Xeberpress.az xəbər verir ki, "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən "APA-Economics"ə verilən məlumata görə, yenidənqurma işlərinə prospektin Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişməsindən Günəşli qəsəbəsi istiqamətində start verilir.

"Sürücülərdən xahiş olunur ki, təmir işləri aparılan ərazilərdə diqqətli olsunlar və prospektdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər", - deyə məlumatda vurğulanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla