Valyuta məzənnəsi
Xəbər lentİ

Vəkillər Kollegiyasının yeni sədri seçilib

12:29, 07.12.17
azerbaycan, cemiyyet
Vəkillər Kollegiyasının yeni sədri seçilib

Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, A.Bağırov bu vəzifəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin dekabrın 7-də keçirilən konfransında səsvermə nəticəsində seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib. Aydın Axundov və Pərviz Ələkbərov sədrin müavinləri seçiliblər.

Hüquq elmləri üzrə fəlsəfə doktoru A.Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub. O, Hakimlərin Seçki Komitəsinin üzvü, Ədliyyə Akademiyasının Vəkillərin peşəyə buraxılış və ixtisasartırma fakültəsinin dekan əvəzi, Akademiyanın elmi şurasının üzvüdür. A.Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla