Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan Milli Elmlər Akademiyasında herontologiya və heriatriya üzrə beynəlxalq məktəb açılıb

12:12, 13.11.17
azerbaycan, medeniyyet
Azərbaycan Milli Elmlər Akademiyasında herontologiya və heriatriya üzrə beynəlxalq məktəb açılıb

Noyabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun, BMT-nin Malta Beynəlxalq Qocalma İnstitutu və Azərbaycan Herontoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə herontologiya və heriatriya üzrə beynəlxalq məktəbin açılış mərasimi keçirilib.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, herontologiya və heriatriya üzrə məktəb bu sahənin qocalmanın demoqrafik aspektləri, keçid iqtisadiyyatlı ölkələrdə yaşlı insanların problemləri və bir çox digər məsələləri əhatə edən təhsil proqramıdır. Əhalinin qocalması probleminin ölkəmizdə də özünü göstərdiyini söyləyən akademik deyib ki, demoqrafik statistikaya görə Azərbaycanda əhali arasında 65 və daha yaşlı insanların xüsusi çəkisi tədricən artır.

BMT-nin Malta Beynəlxalq Qocalma İnstitutunun direktoru, professor Marvin Formoza sosial herontologiya da əsas anlayışlardan bəhs edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla