Valyuta məzənnəsi
Xəbər lentİ

Ermənistan ordusunun daha iki əsgəri xidmətdən qaçıb

11:22, 31.10.17
azerbaycan, dunya
Ermənistan ordusunun daha iki əsgəri xidmətdən qaçıb

İşğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, məlumatın ictimaiyyətdən gizlədilməsi məqsədilə hərbi hissə komandiri dərhal bu əsgərlərin və onların valideynlərinin saxlanılaraq hərbi hissəyə gətirilməsinə göstəriş verib. Özbaşınalıq səbəbindən xidmət yerini tərk edən və tutularaq zorla xidmət yerinə gətirilən hərbi qulluqçuların valideynləri də hərbi hissəyə dəvət ediliblər.

Komandanlıq hərbi hissədə baş verənlər haqqında valideynlərin şikayət etməyəcəyi təqdirdə əsgərlərə cinayət işinin açılmayacağına razılıq verib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla