Valyuta məzənnəsi
Xəbər lentİ

Bu məşhurların İnstagram izləyiciləri saxtadır? - İDDİA

11:00, 25.09.17
azerbaycan, maqazin
Bu məşhurların İnstagram izləyiciləri saxtadır? - İDDİA

Sosial şəbəkədə yayılan bir paylaşım məşhurlarımızın etirazına səbəb olub.

Xeberpress.az-ın Axşam.az-a istinadən məlumatına görə, yayılan fotoda qeyd olunub ki, bir çox sənət adamı İnstaqram səhifəsində izləyicilərinin sayını pulla artırıb. Hətta bunun üçün onların 1000, 5000 manata qədər pul ödədiyi qeyd edilib.

Paylaşımda aktrisa-aparıcı Zümrüd Qasımova, Zaur və Günay Baxşəliyevalar, Röya Ayxan, Roza Zərgərli, Nazim Məmmədov və Aysel Əlizadənin adı qeyd edilib.

Yazıda “Min izləyici artırmaq 30 manatdır. 1500 manata səhifəni 1 milyon edib verərəm” sözləri qeyd edilib.

Z.Qasımova heç vaxt belə addım atmadığını bildirib:

“Bunu paylaşıblar ki, guya mən pul verib, izləyici toplayıram. Nəyimə lazımdır, işim-gücüm qurtarıb kiməsə 5 min verim. 5 minim olsa, gedib maşınımın kreditini bağlayaram”.

R.Zərgərli də paylaşıma şərh yazaraq etirazını bildirib:

“Ondan soruşun görün mənim nömrəmi bilir? Bunlar səhifələri oğurlayanlardır”.

Qeyd edək ki, İnstaqramda Rozanın 1 milyon, Zümrüdün isə 80 min izləyicisi var.

Bu məşhurların İnstagram izləyiciləri saxtadır? - İDDİA

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla