Valyuta məzənnəsi
Xəbər lentİ

Xarici jurnalistlər Bakıda oyunların işıqlandırılması üçün yaradılmış şəraitdən razıdır

09:57, 16.05.17
azerbaycan, idman
Xarici jurnalistlər Bakıda oyunların işıqlandırılması üçün yaradılmış şəraitdən razıdır

Bakıdakı İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaqdan zövq alıram.

Xeberpress.az xəbər verir ki, bunu Trend-ə “Iran TV”nin jurnalisti Əli Əraqi deyib.

O deyib: “Mən bütün idman növlərini işıqlandırıram. Bu gün mən gimnastikadayam. Bu, gözəl idman növüdür”.

İranın “Xorasan” qəzetinin jurnalisti Sara Aslani öz növbəsində qeyd edib ki, bu Oyunlar iranlı idmançılar üçün çox böyük təcrübədir.

Səudiyyə Ərəbistanı Olimpiya Komitəsinin fotoqrafı Səid Alanazinin sözlərinə görə, oyunların işıqlandırılması üçün yaradılan şərait bütün işləri yüksək səviyyədə görməyə imkan verir: “Mənim işim yarışlardakı maraqlı məqamların şəklini çəkib Səudiyyə Ərəbistanının mətbuat orqanlarına göndərməkdir”.

Frans Press agentliyinin jurnalisti Cedidia Kort deyib ki, Bakıda çox gözəl idman qurğuları var: “Mən birinci dəfədir ki, bu cür irimiqyaslı idman tədbirini işıqlandırıram. Burada hər şey yüksək səviyyədə təşkil olunub. Milli Gimnastika Arenasınını tribunalarından yarışların gedişatını izləmək çox rahatdır”.

Rusiyanın “Vestnik Kavkaza” agentliyinin jurnalisti Darya Melexova vurğulayıb ki, bu Oyunları keçirməklə Azərbaycan İslam dünyasının diqqət mərkəzinə düşüb.

Xarici KİV-lərin işinin əlaqələndirilməsi üzrə menecer Endrü Makmenamin qeyd edib ki, xarici jurnalistlər Bakıda oyunların işıqlandırılması üçün yaradılmış şəraitdən razıdır: “Bu Oyunlarda mən gimnastikanı işıqlandıran KİV-lərin işini əlaqələndirirəm. Hər şey çox yüksək səviyyədədir”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla