Valyuta məzənnəsi
Xəbər lentİ

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstanda səfərdə

16:27, 05.05.17
azerbaycan, bolge
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov Acarıstanda səfərdə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mayın 5-də Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfərə gəlib.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, Batumi hava limanında qonağı Acarıstan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Lasa Komaxidze, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Batumidəki baş konsulu Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşlərdə Naxçıvan və Acarıstan muxtar respublikaları arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf perspektivləri müzakirə olunacaq.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla