Valyuta məzənnəsi
Xəbər lentİ

Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

12:26, 10.04.17
azerbaycan, siyaset
Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib

Aprelin 8-də Tanta və İsgəndəriyyə şəhərlərində törədilən terror aktları ilə əlaqədər Misirin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıyadək endirilib.

Xeberpress.az xəbər verir ki, bu barədə Trend-ə Misirin ölkəmizdəki səfirliyindən xəbər verilib.

Qeyd edək ki, terror aktları zamanı Tanta şəhərində kilsədə törədilən partlayışda 30 nəfər, İsgəndəriyyədə törədilən partlayışda isə 17 nəfər həlak olub.

Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması artıq öz üzərinə götürüb. Ölkədə 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla