Valyuta məzənnəsi
Xəbər lentİ

İlham Zəkiyevə ad günündə vəzifə verildi

10:00, 04.03.17
azerbaycan, idman
İlham Zəkiyevə ad günündə vəzifə verildi

Bu gün Milli Paralimpiya Komitəsinin (MPK) V hesabat-seçki yığıncağı keçirilib.

Xeberpress.az xəbər verir ki, MPK-nın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin binasında keçirilmiş toplantıda MPK-nın 2013 - 2016-cı illər üzrə fəaliyyəti barədə hesabatı dinlənilib.

Nəzarət təftiş Komissiyasının hesabatı müzakirə edilərək, Komitənin dördillik fəaliyyətinin qənaətbəxş edilməsi və MPK-nın "2020-ci ildə Yaponiyanın Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar 2017 - 2020-cı illər üçün Stratejı fəaliyyət Planı"nın təsdiq edilməsi barədə Qərarlar qəbul edilib.

Sonra rəhbər orqanlara seçkilər keçirilib. İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti, Natiq Qasımov I vitse-prezident, ikiqat paralimpiya çempionu İlham Zəkiyev doğum günündə ilk dəfə vitse-prezident, Şaiq Həmidov isə baş katib vəzifələrinə seçilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla