Valyuta məzənnəsi
Xəbər lentİ

Türkiyə müğənniləri arasında Bakı səfərinə görə qalmaqal

11:42, 19.12.16
azerbaycan, maqazin
Türkiyə müğənniləri arasında Bakı səfərinə görə qalmaqal

31 dekabrda konsert vermək üçün Bakıya gəlməyə hazırlaşan Demet Akalın və Murad Dalkılıç arasında problem yaranıb.

Xeberpress.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yeni il axşamı Bakıda və İstanbulda konsertləri olan sənətçilər birlikdə təyyarə kirayələməyə qərar veriblər. Lakin Murad Bakıya həyat yoldaşı Merve Boluğur və ailəsini də gətirmək istədiyi üçün Demetlə arasında mübahisə yaranıb.

Təyyarədə dincəlmək istədiyini bildirən Demet bundan sonra Muradla birgə getməkdən imtina edib. O, İstanbuldakı konsertinə çata bilmək üçün ayrıca təyyarə sifariş edib.

M.Dalkılıç üçün xüsusi təyyarəni isə onun İstanbuldakı konsertini təşkil edən şirkət ayırıb.

Qeyd edək ki, D.Akalının Bakıdakı 1 saatlıq çıxışı üçün 250 min lirə (təxminən 125 min manat) qonorar alacağı bildirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla