Valyuta məzənnəsi
Xəbər lentİ

Soyuq havada xəstələnməmək üçün nə etməli?..

04:43, 06.01.16
azerbaycan, cemiyyet
Soyuq havada xəstələnməmək üçün nə etməli?..

Xüsusilə yaşlılar, ürək, ağciyər xəstələri, xərçəng müalicəsi görənlər, qaraciyər və böyrək çatışmazlığı olanlar , uşaqlar, immunitet sistemləri zəif olduğundan soyuq, qarlı, küləkli havalarda daha asan xəstələnir. EVERYTİME.AZ belə havalarda xəstələnməməyiniz üçün etməli olduqlarınızı araşdıraraq sizlərə təqdim edir.

Çöldə qaldığınız müddətə diqqət edin.
Evdən çıxmamışdan əvvəl nə qədər qalın geyinsəniz də, soyuq havada qalacaqınız vaxtı planlamalısınız. Əslində soyuq hava immunitet hüceyrələrinin sayını artıraraq, mikroblara qarşı müdafiə sistemimizi gücləndirir. Lakin soyuqda qaldığımız müddət uzandıqca bədənimizin mübarizə gücü gedərək tükənir və xəstələnməyə uyğun hala gəlirik.

Tərləmənin qarşısını alan paltarlar seçin.
Bir və ya iki qalın köynək əvəzinə qat-qat geyilən paltarlar gün ərzində ehtiyac olduqunda, isti mühitlərdə çıxarılaraq temperaturu tənzimləməyə kömək olur. Əks təqdirdə üzərimizdəki tər çölə çıxdığımızda soyuqlamaqa və əzələ tutulmalarına səbəb ola bilər. Hava keçirməyən parçalardan hazırlanan geyimlər seçim etməyin.

Təcili vəziyyətlər üçün dərmanları yanınızda saxlayın.
Yüksək təzyiqi olanların burun, qulaq, baş, əllər, ayaqlar və barmaqlardakı kapilyar damarlarının soyuqdan büzüşməsi nəticəsində təzyiqlərinin daha da yüksələ bilər. Odur ki, həkimlərinə məsləhətləşərək yanlarında təcili vəziyyətdə istifadə dərmanlarını saxlamaqları tövsiyə edilir.

Maye qəbul etmək əhəmiyyətlidir.
Kifayət qədər maye qəbul etmədən uzun müddət soyuqda qalmaq, bədənin susuzluğa bağlı olaraq kapilyar damarlarda daralmağa səbəb olur. Bu vəziyyət həm soyuq yanığı deyilən donmalara, həm də mikrobların çölə atılması üçün lazım olan burun axıntısı və bəlğəmin tündləşməsinə yol açır. Qəhvə və çay kimi sidik sökdürücü xüsusiyyəti olan içkilər əslində burun və boğaz sekresiyalarını qurutduğu üçün bunun əvəzinə cökə, itburnu, nanə-limon çayı təklif edilir.

Siqaret çəkməyin.
Burun, boğaz və ağ ciyər hava yolları bir çox toz və mikrobun daxil olmasının qarşısını alan tükcüklər vardır. Bədən üçün xüsusən də soyuq havalarda tənəffüs yollarının sağlamlığı olduqca əhəmiyyətlidir. Siqaret çəkmək tənəffüs xəstəliklərinə şərait yaradır.

İdman etməyə laqeyd yanaşmayın.


Daimi edilən məşqin bir çox faydası ilə yanaşı, eyni zamanda soyuq havalarlda soyuq dəymə və grip xəstəliklərinə qarşı müvazinəti artırır. Nizamlı məşq edənlər bu xəstəliklərə həm yüzdə 50 daha az yoluxurlar. Soyuqda edilən məşq bu baxımdan daha da faydalıdır. İdmana vərdiş etməyənlərin idman salonlarında məşq etməsi təklif edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla