Yükləmə gedir gözləyin...
9 yaşlı uşaq 7 yaşlı bibisi oğlunu ov tüfəngi ilə güllələdi
Bakıda 9 yaşlı uşaq 7 yaşlı bibisi oğlunu ov tüfəngi ilə güllələyib. Azyaşlı xəstəxanaya yerləşdirilib.
Xeberpress.az DİN-in Mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, yanvarın 20-də saat 17 radələrində Binəqədi qəsəbəsində bir uşağın odlu silahdan açılan atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla 9 yaşlı uşağın evdə atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşlə 7 yaşlı dayısı oğlunun döş qəfəsinə xəsarət yetirməsi məlum olub.
Polis əməkdaşları hadisə yerindən müvafiq sənədləri olan “Churchill” markalı ov tüfəngi götürüblər.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 131-ci maddəsi (Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) ilə cinayət işi başlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər: