Valyuta məzənnəsi
Xəbər lentİ

Aksiyaçılar avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər

11:56, 12.01.23
azerbaycan, bolge
Aksiyaçılar avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər

Sülhməramlıların avtomobil karvanı aksiya ərazisindən maneəsiz keçib.

Rusiya sülhməramlılarına məxsus təminat-təchizat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Xeberpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 12 təminat-təchizat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Bir daha xatırladırıq ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla