Valyuta məzənnəsi
Xəbər lentİ

Qar-şaxta atmosferin havasını yaxşılaşdırıb - Lerikdə 35 sm qar var

11:47, 12.01.23
azerbaycan, cemiyyet
Qar-şaxta atmosferin havasını yaxşılaşdırıb - Lerikdə 35 sm qar var

Atmosfer havasının keyfiyyəti yaxşılaşıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bildirir ki, son günlər ölkə ərazisində hava şəraitinin qarlı və şaxtalı keçməsi atmosfer havasının keyfiyyətinə öz müsbət təsirini göstərib.

Atmosfer havası üzrə avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, ölkə üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilindədir.

Sinoptik vəziyyətlə əlaqədar ölkə ərazisində yaxın günlərdə havanın keyfiyyətinin əlverişli olacağı proqnozlaşdırılır.


***

Faktiki və gözlənilən hava

Xeberpress.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, yanvarın 12-si səhərədək ölkə ərazisində yağıntılı və qarlı hava şəraiti davam edib, bəzi rayonlarda intensiv olub. Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, qar örtüyünün hündürlüyü hazırda Lerikdə 35, Altıağacda 32, Xaçmazda 24, Quba, Şamaxı, Xaltanda 19, Göytəpədə 17, Qusarda 16, Qax, Yardımlıda 15, Şabran, Qobustanda 14, Biləsuvar, İsmayıllıda 10, Lənkəranda 9, Göyçayda 8, Salyan, Daşkəsəndə 7, Zərdabda 6, Göygöldə 5, Oğuz, Cəfərxan, Gədəbəydə 4, Ağdərədə 3, Ağdamda 2, Ağsu, Qrız, Zaqatala, Astara, Bərdədə 1, Binədə 9, Bakıda 7 sm olub.

“Cənub-şərq küləyinin sürəti Şabranda 20 m/s-dək güclənib. Dumanlı hava şəraiti isə Daşkəsən, Göygöl, Şəmkir, Balakən, Qəbələ, Qax, Şəki, Şamaxı, Qrız, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb”.

G.Məmmədovanın sözlərinə görə, havanın minimal temperaturu Bakıda iqlim normasından 5.3 dərəcə aşağı olub, Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək şaxta, Naxçıvan MR-da və dağlıq rayonlarda 8-13 dərəcə şaxta, Aran rayonlarında isə 2 dərəcəyədək şaxta olub.

“Yanvarın 12-si günün ikinci yarısından ölkənin qərb rayonlarından başlayaraq yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu həftənin sonunadək tədricən 4-6 dərəcə yüksələcək”.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla