Valyuta məzənnəsi
Xəbər lentİ

FHN-in əməkdaşları insanların həyatını xilas edir

11:55, 10.01.23
azerbaycan, cemiyyet
FHN-in əməkdaşları insanların həyatını xilas edir

Ötən sutka ərzində 20 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Xeberpress.az FHN-in mətbuat xidmətindən verilən məlumata əsasən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 20 halda yanğına çıxış, 5 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla yeddi nəfər, o cümlədən Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində "ВАЗ" markalı minik avtomobilinin yol kənarında dirəyə çırpılması nəticəsində müxtəlif xəsarətlərlə zədələnmiş nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfər xilas olunub.

Həmçinin Yuxarı Şirvan kanalının Yevlax şəhərinin Xanabad kəndindən keçən hissəsində batması ehtimal olunan bir nəfərin axtarışlarına dalğıc-axtarış qrupu cəlb edilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla