Valyuta məzənnəsi
Xəbər lentİ

Öz evindən 50000 manat və 30000-lik qızıl əşyaları oğurladı

11:40, 04.01.23
azerbaycan, hadise
Öz evindən 50000 manat və 30000-lik qızıl əşyaları oğurladı

Yanvarın 3-də günorta saatlarında Nərimanov rayonu N.Hacıyev küçəsində yerləşən mənzillərdən birindən naməlum şəraitdə 50000 manat pul və 30000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının “isti iz”lərlə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən ev sahibinin 2002-ci il təvəllüdlü oğlu olması müəyyən edilib.
O, oğurluq əməlini xüsusi və peşəkar oğrular tərəfindən törədilməsi görüntüsünü yaratmaq, iz itirmək məqsədilə filmlərdə gördüyü metod və vasitələrdən istifadə etməklə törədib.
Polis əməkdaşlarının tutarlı sübutları əsasında o, törətdiyi oğurluq əməlini etiraf edib, talanan pul vəsaitinin bir hissəsini və qızıl əşyalarını gizlətdiyi yerdən çıxararaq istintaqa tədim edib.

O, saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.

Nərimanov RPİ İstintaq şöbəsində araşdırmalar davam etdirilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla