Yükləmə gedir gözləyin...
Bakıda Gənclərin Xalq Yaradıcılığı Beynəlxalq Festivalı keçirilib
Bakı şəhərində Gənclərin Xalq Yaradıcılığı Beynəlxalq Festivalı keçirilib.
Xeberpress.az nazirlikdən verilən məlumata əsasən bildirir ki, dekabrın 19-dan 24-dək Bakı şəhərində Gənclərin Xalq Yaradıcılığı Beynəlxalq Festivalı keçirilib. Festival Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatcılığı ilə təşkil olunub. Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızstan, Rusiya, Tacıkistan və Özbəkistandan 70-dən çox gənc iştirak edib.
Festivalın əsas məqsədi müxtəlif ölkələrin milli-mədəni ənənələrini gənclər arasında təbliğ etmək, ictimaiyyətin diqqətini mədəniyyət dəyərlərinə, o cümlədən gənclərin yaradıcılıq fəaliyyətinə cəlb etmək, MDB ölkələrin gəncləri arasında mədəni əlaqələrini gücləndirməkdən ibarətdir.
Festival çərçivəsində yaradıcılıq fəaliyyətləri ilə yanaşı iştirakçılar üçün ustad dərsləri, gənclər evlərinə səfərlər, xalq sənətkarlığının nümunələri ilə tanışlıq, şəhərin tarixi və mədəni yerlərinə ekskursiyalar təşkil olunub.
Oxşar xəbərlər: