Valyuta məzənnəsi
Xəbər lentİ

DOST - unikal bir layihə və nümunə

10:20, 08.12.22
azerbaycan, cemiyyet
DOST - unikal bir layihə və nümunə

Ölkəmizdə səfərdə olan Moldova Milli Sosial Sığorta Kassasının nümayəndə heyəti 1 saylı Bakı DOST Mərkəzində olub.

Xeberpress.az agentliyin məlumatına əsasən bildirir ki, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev qonaqlara Agentliyin fəaliyyəti haqqında məlumat verib.

1 saylı Bakı DOST Mərkəzinin direktoru Çingiz Əliyev nümayəndə heyətini xidmət bölmələrinin fəaliyyəti ilə tanış edib, həmçinin Vahid əlaqələndirmə mərkəzi barədə danışıb. Burada dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, tam şəffaf, operativ, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilməsinə şərait yaradıldığı vurğulanıb.

Daha sonra keçirilən görüşdə moldovalı nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib. DOST Agentliyinin Məlumatların idarə edilməsi və təhlil departamentinin müdiri Şahin Zülfüqarov mərkəzlərdə vətəndaşlara sosial müdafiə və sosial təminat, tibbi-sosial ekspertiza və reabilitasiya, sosial sığorta, əmək və məşğulluq sahələri üzrə 153 xidmət göstərildiyini bildirib. Təqdimatda həmçinin Agentliyin fəaliyyət göstərdiyi qısa müddət ərzində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi və bir sıra mükafatlar qazandığı da diqqətə çatdırılıb.

Moldovalı nümayəndə heyəti DOST-un kifayət qədər unikal bir layihə olduğunu və DOST konsepsiyasının bir çox dövlətlər üçün nümunə ola biləcəyini qeyd ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla