Yükləmə gedir gözləyin...
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana gəlir
Bu gün Türkiyənin Milli Müdafiə naziri Azərbaycana səfər edəcək.
Xeberpress.az bildirir ki, bu gün - noyabrn 5-də Milli Müdafiə naziri Hulusi Akar ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə Azərbaycana gəlir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazovun verdiyi məlumata görə, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin digər rəhbər heyəti ölkəmizdə keçirilən birgə təlimləri izləmək məqsədilə bu gün Azərbaycana səfər edəcək.
Oxşar xəbərlər: