Valyuta məzənnəsi
Xəbər lentİ

Makron kimi hay diasporunun təsiri altındadır - Sahib Alıyev

12:45, 01.12.22
azerbaycan, siyaset
Makron kimi hay diasporunun təsiri altındadır - Sahib Alıyev

Fransa belə dayaz olduğu qədər də, düşməncəsinə davranışların qarşılığında başqa "sürprizlər"lə də üzləşəcək.

Xeberpress.az bildirir ki, bu fikri Milli Məclisin deputatı Sahib Alıyev bildirib.

Deputat qeyd edib ki, Fransa Milli Assambleyasının, yəni parlamentin aşağı palatasının Azərbaycan əleyhinə qətnaməsi o deməkdir ki, sözü gedən sərsəmləməni dəstəkləyənlər ya Makron kimi hay diasporunun təsiri altındadır, siyasi korrupsiyaya qurşanmışlardır, ya islamafob və türk düşmənidirlər, ya başqa qərəzləri, ola da bilsin mərəzləri var, ya da bizim regionda gedən proseslərdən tam xəbərsizdirlər.

Mümkündür ki, çoxu burada sadalanan kekfiyyətsizliklərin hamısını, yaxud da bir neçəsini özündə daşıyır.

Assambleyanın 557 üzvündən 256-nin qatıldığı dinləmədə onların hamısının bir nəfər kimi lehinə səs verdikləri bu qətnamə bizim üçün heç kağız parçası da, deyil, çünki belədə kağızı qiymətdən salmış oluruq. Amma o 256 nəfər bununla bir daha təsdiqlədilər ki, rəsmi Bakı Ermənistanla danışıqlarda Fransanın vasitəçiliyini çox düzgün olaraq qətiyyətlə rədd edir.

Bununla yanaşı əminəm ki, Fransa belə dayaz olduğu qədər də düşməncəsinə davranışların qarşılığında başqa "sürprizlər"lə də üzləşəcək. Gözləsinlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla