Valyuta məzənnəsi
Xəbər lentİ

Fransa Milli Assambleyasının bu qətnaməsi də siyasi riyakarlıqdır

12:24, 01.12.22
azerbaycan, siyaset
Fransa Milli Assambleyasının bu qətnaməsi də siyasi riyakarlıqdır

Azərbaycan Respublikası Milli Məclisi Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə münasibət bildirib.

Xeberpress.az bildirir ki, parlamentin məlumatına əsasən bildirir ki, Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir.

Fransa Senatı və Milli Assambleyasının qəbul etdiyi bu qətnamələr Fransa qanunverici orqanlarının siyasi avantüra meydanına çevrilməsindən xəbər verir.

Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla