Yükləmə gedir gözləyin...
Dağlıq ərazilərə qar yağacaq - Dekabrın 1-nin HAVASI
Dekabr ayının 1-nə gözlənilən hava proqnozu açıqlandı.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Xeberpress.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Lakin axşam yağış tədricən kəsiləcək, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 millimetr civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-7°, gündüz 8-11° isti, dağlarda gecə 3-7°, gündüz 0-3° şaxta olacaq.
Oxşar xəbərlər: