Valyuta məzənnəsi
Xəbər lentİ

Qanunsuz yolla gətirilən külli miqdarda siqaret aşkarlandı

11:55, 30.11.22
azerbaycan, hadise
Qanunsuz yolla gətirilən külli miqdarda siqaret aşkarlandı

Qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Xeberpress.az DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına əsasən bildirir ki, Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

Belə ki, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilə baxış zamanı avtomaşının salonunda arxa oturacaqların üstündən və yük yerinə yığılmış halda, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 64 adda 59.348 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Qanunsuz yolla gətirilən külli miqdarda siqaret aşkarlandı

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla