Valyuta məzənnəsi
Xəbər lentİ

Hərbi attaşelər və media nümayəndələri Sarıbabadakı mina sahələrində

11:44, 24.11.22
azerbaycan, cemiyyet
Hərbi attaşelər və media nümayəndələri Sarıbabadakı mina sahələrində

Hərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində basdırılmış mina sahələrinə baxış keçirmək üçün yola düşüblər.

Xeberpress.az Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirmək üçün noyabrın 24-də Sarıbaba istiqamətinə yola düşüblər.

Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələrinə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ərtaflı məlumat veriləcək.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla