Valyuta məzənnəsi
Xəbər lentİ

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

13:56, 23.11.22
azerbaycan, siyaset
Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

Azərbaycan Prezidenti İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib.

Xeberpress.az Prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən bildirir ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib.

Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşıladı.


***

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

Prezident İlham Əliyevin Belqradda rəsmi qarşılanma mərasimi olub.

Xeberpress.az Prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən bildirir ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyanın paytaxtı Belqradda rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanın və Serbiyanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycanın və Serbiyanın Dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Serbiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə, Azərbaycanın dövlət və hökumət nümayəndələri isə Prezident Aleksandar Vuçiçə təqdim edildi.

Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Serbiyaya rəsmi səfərə gəlib

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla