Valyuta məzənnəsi
Xəbər lentİ

Gənc Sahibkarların III Forumu - Gənclər arasında sahibkarlığın təşviqi

12:20, 23.11.22
azerbaycan, cemiyyet
Gənc Sahibkarların III Forumu - Gənclər arasında sahibkarlığın təşviqi

2022-ci il üçün “Gənclər paytaxtı” seçilmiş Tovuz rayonunda gənclərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edən, onların intellektual və yaradıcılıq potensialını artıracaq tədbirlər həyata keçirilir.

Xeberpress.az nazirliyin məlumatına əsasən bildirir ki, Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə bu gün Tovuz şəhərində keçirilən Gənc Sahibkarların III Forumu belə tədbirlərdən biridir.

Forumun keçirilməsində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərinin öyrənilməsi olub.

III Forumda Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev çıxış ediblər.

Forumun rəsmi açılış mərasimindən sonra müxtəli mövzularda panel müzakirələr və uğur qazanmış gənclər çıxış ediblər. Əsas başlığı “Gənc sahibkarlara dövlət dəstəyi: imkanlar və çağırışlar” mövzusunda olan panel müzakirələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar
Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları öz qurumlarının gənc sahibkarlarla bağlı həyata keçirdiyi işlər və sahibkarlara dövlət dəstəyi mexanziçləri barədə iştirakçılarla birgə müzakirələr aparıblar.

Forum TEDx formatında “Maliyyə sektorunun gələcəyini texnologiya necə dəyişəcək”, “Sadə idarəetmə” mövzusunda təqdimatlarla davam edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla