Valyuta məzənnəsi
Xəbər lentİ

Siyasi partiyalar haqqında qanun layihəsi yeniləndi

10:45, 21.11.22
azerbaycan, cemiyyet
Siyasi partiyalar haqqında qanun layihəsi yeniləndi

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb.

Xəbər verildiyi kimi, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanıb.

Xeberpress.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına əsasən bildirir ki, sənədin ictimai əhəmiyyətini nəzərə alaraq, qanun layihəsi ilə bağlı siyasi partiyaların, Qeyri-Hökumət Təşkilatlarının, politoloqların və sosial media nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilib.

Bu dinləmələrdə və ictimai müzakirələrdə qanun layihəsi ilə bağlı verilən təkliflər, səslənən fikirlər, qeydlər nəzərə alınmaqla qanun layihəsinin yenilənmiş variantı Milli Məclisin internet səhifəsinə yerləşdirilib.

Qanun layihəsinin yenilənmiş variantı ilə aşağıda göstərilən keçiddən istifadə edərək tanış olmaq olar.

https://meclis.gov.az/news-layihe.php?id=1880&lang=az&par=0

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla