Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimadı

10:33, 21.11.22
azerbaycan, siyaset
Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimadı

Azərbaycan və İsrail müdafiə nazirləri arasında telefon danışığı olub.

Xeberpress.az Müdafiə nazirliyinin məlumatına əsasən bildirir ki, noyabrın 20-də İsrail Dövlətinin müdafiə naziri Benyamin Qans Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Telefon danışığı əsnasında tərəflər ikitərəfli hərbi-texniki əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar. İsrailin Müdafiə naziri Azərbaycana səfərini məmnunluqla xatırlayıb.
Benyamin Qans Azərbaycan-İsrail münasibətlərinin dostluq və qarşılıqlı etimada əsaslandığını qeyd edib, Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması qərarına görə təşəkkürünü ifadə edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla