Valyuta məzənnəsi
Xəbər lentİ

63 cinayətin üstü açılıb, 36 şübhəli saxlanılıb

11:45, 15.11.22
azerbaycan, cemiyyet, hadise
63 cinayətin üstü açılıb, 36 şübhəli saxlanılıb

Ötən gün narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Xeberpress.az DIN-in mətbuat xidmətinin məlumatına əsasən bildirir ki, ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 91, o cümlədən borclu şəxs qismində axtarışda olan 78 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla