Valyuta məzənnəsi
Xəbər lentİ

Mehriban Əliyeva və birinci xanımlar Səmərqənddə şam yeməyində

13:03, 11.11.22
azerbaycan, siyaset
Mehriban Əliyeva və birinci xanımlar Səmərqənddə şam yeməyində

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər.

Xeberpress.az Birinci vitse-prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən bildirir ki, noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə təşkil olunan şam yeməyində iştirak ediblər.


***

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

Xeberpress.az Birinci vitse-prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən bildirir ki, noyabrın 10-da Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və digər ölkələrin birinci xanımları Səmərqənddə “Özbəkistanın rəngləri” adlı sərgi ilə tanış olublar.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Macarıstanın Baş nazirinin xanımı Aniko Levai birlikdə sərgiyə baxıblar.

Qeyd edək ki, sərgidə Nukusda yerləşən İ.Savitski adına Qaraqalpaqıstan Respublikası Dövlət İncəsənət Muzeyinin kolleksiyasından məşhur əsərlər nümayiş olunur. Burada sərgilənən əsərlər Özbəkistanın XX əsr təsviri sənətinin bütün istiqamətlərini əhatə edir. Özbəkistanın qeyri-adi təbiəti, qədim abidələri rəssamlar üçün hər zaman ilham mənbəyi olub. Qaraqalpaqıstanın bir çox rəssamları mavi Aral dənizi və Amudəryadan ilhamlanaraq mükəmməl əsərlər ərsəyə gətiriblər.

Özbəkistanda təsviri sənət XX əsrdə sürətlə inkişaf edib. Həmin dövrün rəssamlarının həyatlarının müxtəlif olmasına baxmayaraq, onları birləşdirən Özbəkistan idi.

Təkcə Özbəkistanda doğulan rəssamlar deyil, buraya müxtəlif yerlərdən gələnlər də günəşli diyarın ecazkarlığına valeh olaraq bu qədim torpaqda həmişəlik yaşayıb-yaradıblar. Bu gün onların da əsərləri sərgidə nümayiş olunur.

Qeyd edək ki, sərgidə 14 rəssamın 90-dan çox əsəri nümayiş etdirilir.


***

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva ilə görüşü olub.

***

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Dövlət başçıları və birinci xanımlar birgə foto çəkdirdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gəlib.
Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.

Mehriban Əliyeva və birinci xanımlar Səmərqənddə şam yeməyində
Mehriban Əliyeva və birinci xanımlar Səmərqənddə şam yeməyində
Mehriban Əliyeva və birinci xanımlar Səmərqənddə şam yeməyində
Mehriban Əliyeva və birinci xanımlar Səmərqənddə şam yeməyində
Mehriban Əliyeva və birinci xanımlar Səmərqənddə şam yeməyində
Mehriban Əliyeva və birinci xanımlar Səmərqənddə şam yeməyində

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla