Yükləmə gedir gözləyin...
Bölgədə vəziyyətin və təhlükəsizlik məsələlərinin müzakirəsi
Prezident İlham Əliyev Səmərqənddə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Xeberpress.az Prezidentin Mətbuat Xidmətinin məlumatına əsasən bildirir ki, noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.
Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edildi, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparıldı.
Oxşar xəbərlər: