Valyuta məzənnəsi
Xəbər lentİ

Anar Kərimov Yasər Əhmədvənd ilə görüşüb

11:24, 06.10.22
azerbaycan, medeniyyet
Anar Kərimov Yasər Əhmədvənd ilə görüşüb

İranla mədəni əməkdaşlıq məsələləri müzakirə olunub.

Xeberpress.az nazirliyin məlumatına əsasən bildirir ki, Mədəniyyət naziri Anar Kərimov oktyabrın 5-də İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd ilə görüşüb.

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində gerçəkləşən görüş zamanı iki ölkə arasında dostluq, əməkdaşlıq münasibətinin bundan sonra da inkişaf edəcəyinə inam ifadə olunub.

İranın kitab sərgisində iştirakını yüksək qiymətləndirən Anar Kərimov belə sərgilərin keçirilməsinin yazıçı və naşirlər arasında körpü rolunu oynadığını vurğulayıb, İranın Azərbaycandakı Səfirliyi və İran Mədəniyyət Mərkəzi vasitəsilə ölkələrimiz arasında mədəni əlaqələrin davamlı inkişaf etdiyini bildirib.

Sərgiyə dəvətə görə təşəkkürünü bildirən İranın mədəniyyət və islami irşad nazirinin müavini Yasər Əhmədvənd Anar Kərimovu qarşılıqlı əməkdaşlıq çərçivəsində 2023-cü ilin may ayında Tehranda keçiriləcək beynəlxalq kitab sərgisində iştirak etməyə dəvət edib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlərin müzakirə aparılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla