Valyuta məzənnəsi
Xəbər lentİ

Zəfərə gedən yol - Bərdə Mədəniyyət Mərkəzində

11:55, 29.09.22
azerbaycan, medeniyyet
Zəfərə gedən yol - Bərdə Mədəniyyət Mərkəzində

Bərdə rayon Mədəniyyət Mərkəzində “Zəfərə gedən yol” tamaşası nümayiş olunub.

Xeberpress.az xəbər verir ki, 27 sentyabr-Anım Günü münasibəti ilə Bərdə rayon Mədəniyyət Mərkəzində Bərdə Xalq Teatrının hazırladığı “Zəfərə gedən yol” tamaşası nümayiş olunub.

Tamaşanın nümayişində şəhid ailələri, qazilər, Bərdə Regional Asan Xidmət Mərkəzinin rəhbərliyi və əməkdaşları, mədəniyyət işçiləri və rayon ictimayəti iştirak edib.

Rejissor Mehman Quliyevin quruluş verdiyi tamaşanın əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik hissinin daha da artırılması, təbliğ olunması, insanların teatr sahəsinə olan marağını artımaqdır.

Təsirli epizotlar ilə yadda qalan tamaşa izləyiciləri kövrəltsə də aktyorların çıxışları zalda əyləşən izləyicilərin alqışları ilə sona çatıb.

Tamaşadan sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova vətənpərvərlik ruhunda hazırlanan belə tamaşaların vacibliyindən danışıb, yaradıcı heyətə uğurlar azrulayıb.

Zəfərə gedən yol - Bərdə Mədəniyyət Mərkəzində
Zəfərə gedən yol - Bərdə Mədəniyyət Mərkəzində
Zəfərə gedən yol - Bərdə Mədəniyyət Mərkəzində
Zəfərə gedən yol - Bərdə Mədəniyyət Mərkəzində

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla