Valyuta məzənnəsi
Xəbər lentİ

Nazir Fərid Qayıbov ABŞ-ın idman mütəxəssislərini qəbul edib

12:57, 28.09.22
azerbaycan, idman
Nazir Fərid Qayıbov ABŞ-ın idman mütəxəssislərini qəbul edib

Naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının idman mütəxəssislərini qəbul edib.

Xeberpress.az nazirlikdən verilən məlumata əsasən bildirir ki, sentyabrın 27-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının idman mütəxəssisləri Con Smit və Sali Robertsi qəbul edib.

Görüş zamanı nazir qonaqları salamlayıb və ölkəmizdə keçirəcəkləri görüşlərin faydalı olacağına inandığını bildirib.

Səmimi qəbula görə təşəkkür edən amerikalı mütəxəssislər Azərbaycan idmanı ilə yaxından maraqlandıqlarını və idmançılarımızın uğurları barədə məlumatlı olduqlarını vurğulayıblar.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, ABŞ-ın ölkəmizdəki səfirliyinin məsul əməkdaşı Fərqani Əliyev də iştirak ediblər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla