Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycanın İtaliyadakı səfirliyi əsaslı təmir olunub

11:37, 01.09.22
azerbaycan, medeniyyet
Azərbaycanın İtaliyadakı səfirliyi əsaslı təmir olunub

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyi üçün Roma şəhərində (Via Giovanni Battista De Rossi 27 ünvanında) satın alınmış binanın bərpası, əsaslı təmiri və təchizatı işləri yekunlaşıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı birinci xanım Mehriban Əliyeva ilə səfirlik üçün ayrılmış bina ilə tanış olmuş və müvafiq tapşırıqlarını vermişdir.

Xeberpress.az Fondun məlumatına əsasən bildirir ki, səfirlik üçün ayrılmış daşınmaz əmlak ötən əsrin 40-cı illərində inşa edilib, monumentalist və neoklassik memarlıq üslublarının elementlərini birləşdirən 5 mərtəbəli binadan, yarımzirzəmi mərtəbədən və torpaq sahəsindən ibarətdir. Binada diplomatik heyətimiz üçün iş otaqları, konsulluq şöbəsi, 1 və 2-ci mərtəbələrdə isə Azərbaycan mədəniyyətinin təqdimatları üçün otaq və zallar yaradılıb.

Burada eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə mədəniyyət otaqları yaradılıb. Azərbaycan mədəniyyətinin incilərinin təqdim olunduğu otaqlarda milli xalçalar, geyimlər, musiqi və xalq sənətkarlığının müxtəlif nümunələri nümayiş olunur. Binada həmçinin kitabxana yaradılıb və müvəqqəti sərgilərin təşkili üçün zal var. Zalda müxtəlif görüşlər, konfranslar, dərslər də təşkil oluna bilər. Hazırda zalda Heydər Əliyev Fondunun dəstəyi ilə "Mənim Azərbaycanım" adlı rəsm sərgisi nümayiş olunur. Sərgidə Azərbaycanın təsviri sənətinin müxtəlif nümunələri təqdim edilir.
Kitabxanada isə Azərbaycan mədəniyyətinə, incəsənətinə, tarixinə həsr olunmuş nəşrlər, Azərbaycan yazıçılarının italyan dilində kitabları, eləcə də, İtaliyada italyan müəlliflərin dərc etdiyi Azərbaycan haqqında əsərləri təqdim edilir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla