Valyuta məzənnəsi
Xəbər lentİ

Urvatdan salıblar söz dünyasını, məna yox, mövzu qıtdı - Əlisəfa Əhmədoğlu

14:04, 18.08.22
azerbaycan, medeniyyet
Urvatdan salıblar söz dünyasını, məna  yox, mövzu qıtdı - Əlisəfa Əhmədoğlu

BU NƏ QÜRUR?!

Dostluğumda olan, lap heç olmayan bəzi-bəzi yazarlar üçün...

... Şeiriyyətdən, şeirdən başı çıxmayanlar, kiminsə hesabına nəsə yazanlar, pul gücünə "kitab" çıxaranlar,.. kitabı bu cür yazdım ki, kitabın məsuliyyətini dərk etmək lazımdır. Söz yığını, belə deyək də "şalvar", "Bulvar"-la iş bitmir... Mən özüm illərdir ki, şeir yazıram,məktəb illərindən üzü bəri, bəlkə də 30-40 il olar...Min dəfə,milyon dəfə demişəm ki, mən yaxşı şeir yazmamışam,ürəyimi ,qəlbimi boşaltmışam. Ayə, ay başına dönüm nə qədər şeir yazanlar ortaya çıxdı...Nə qədər xanımlı-kişili şeir yazanlar var, İlahi... Mən şeiri zəif yazsam da, şeiriyyəti yaxşı bilirəm. Kimin necə yazdığından belə xəbərim var. Bu şeir deyil,şeir başqa bir aləmdir,qardaş... Arada düşünürəm ,nə yaxşı bu günləri dahi Nizami, Füzuli, Nəsimi, Xətai, Xəqani, Seyyid Əzim, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Müşfiq, Səməd, Bəxtiyar Bahabzadə və digər dahilərimiz görmədi. Onların bağırları çat verərdi. Mən şeir, nəsr kitabları oxuyuram vaxtım olanda... Yaxşı şeir oxuyanda deyirəm ki,qələmi yerə qoyum,inanın Allaha ,düz sözümdür...Mən Yardımlıda yaşayıram,dostlarım bilirsiz. Amma Bakıda, digər bölgələrdə olan ədəbi mühitdən demək olar ki xəbərim var. Deməkdə məqsədim odur ki, ədəbiyyat gör nə günə qaldı, gör kimlər "at oynadır" meydanda... Dindirsən belələrini deyəcəklər ki, "burda mənəm, Bağdadda kor Xəlifə". Jurnallarda, almanaxlarda o qədər zəif yazılar gedir ki... Mən tədbir aparıcısıyam, məclis adamıyam seçim edəndə görürəm ki, o şeirdə şeirdən başqa həır şey var. Məna yoxdu, mövzu qıtdı... Nə qədər ucuz sevgidən, (onsuz da çox şeylər dəyərini itirib), güldən-çiçəkdən yazmaq olar... Bəsdirin siz Allah, heç olmasa klassikləri, müasir şairləri, yazıçıları oxuyun, bəlkə onda qələmi yerə qoyub deyəsiz ki, bu mənlik deyil...
Yadızdadır ki, yazarlara "Qızıl Qələm" mukafatı verərdilər. Özü də o mukafatı hər adam da ala bilmirdi. Sonra isə 100, 200 manata, indi isə 20,30,50, eşitdiyimə görə. Ayıbdır e,ayıbdır. Bir də "fəxri Diplomlar" pula atırlar. Ad çəkməyəcəm, yaxınlarda mənə bir qəzetin redaktori "Fəxri Fərman" təqdim etmişdi 30 istədi, 20 manat verdim. Guya ki,mənim fəaliyyətimi izləyib... Rayonumuzda nə qədər pullu, tanınmış sima var hamısına göndərmişdi. Məqsəd, pul yığmaq, dəyər yox, qadası, onlara pul lazımdır, pul... Bəli, mən təşkilatçıyam, yaxşı məclislər keçirirəm,yubiley,təqdimatlar, ədəbi görüşlər... Amma bununla belə bu işlərlə nə öyünürəm,nə də özümü göylə aparmıram. Yazıçılar Birliyinə üzv olanların demək olar ki,ordusunu tanıyıram.İçlərində layiq olanları,olmayanları da var... Bu heç ,qardaşım əsas odur ki,nəsə yazıb iz qoymalısan... Kitab qalın yox,qalan olmalıdır,qalan... Nə isə,qəlbim doldu, yazdım. Heç efirlərdə də tanınmış yazıçı, şairlər görünmür. Harada mənim kimi"cızmaqaraçılar" var, onlar efirə gəlib şeirlər oxuyur, əgər o şeirlərə şeir demək mümkünsə... Sonda bir məqamı deməsəm bağrım çat verər. Qələm adamı təkəbbür, lovğa olmaz, özünü göylə aparmaz. Mən burada görürəm ki, kaş görməz olaydım... Ucuz yazıya, dostluğa görə rəy, fikir bildirmək özü qəbahətdir. Bura xeyir-şər evi kimidir. Deyirlər sən məni "layk" elə, mən də səni. Rəy, fikir bildirməyəndə çoxu səni dostluqdan silir, əngəlləyir beləcə. Dəb düşüb, kitab təqdimatları... Mən Bakıya gələndə belə tədbirlərdə iştirak edirəm. Yalançı təriflər, boğazdan yuxarı sözlər çox eşitmişəm. İndi şeir, yazı pul ilə çap edilir. Əvvəlki illərdə yazıçılara qonorar verərdilər.İndi isə əksinədir. Qardaş əvvəlki şair , yazıçılar əsər yazırdılar, əsər, onlara halal idi, haqqları varıydı. Onların adları ədəbiyyatımızda qaldı. Tam məsuliyyətlə deyirəm, içi mən qarışıq ədəbiyyatda izimiz belə qalmayacaq. Şair özünü gərək eqoist aparmasın,əsil şeir yazsın, şairlik Allah vergisidir. Zaman hər şeyi sahmana salacaqdır. Təqdimat keçir, yığ başına dost-tanışı, səni tərifləsinlər, sonda nə qazanacaqsan, o tədbirin ömrü 2 gün, 3 gündür, yedin tortu, içdin çayı, elə orada bitdi sənin sevincin... Ayılmaq vaxtıdır, ayılmaq... İnsana qalan insanlıqdır, əzizmən. Yaxşı şeirlər yaza bilərsən, yaxşı şair də ola bilərsən, bəs insanlıq, sadəlik harda qaldı hə?...

Urvatdan salıblar söz dünyasını,
Hər yerindən duran "yazıram"- deyir.
Tanıda bilməyib öz imzasını,
"Kitab çıxarmağa hazıram"- deyir...
Bilin ki, yaddaşda söz qalacaqdır,
Anlayar, dərk edər ariflər özü.
Həqiqət özünə yer tapacaqdır,
Qiymətdən salmayın hər inci sözü....

ƏLİSƏFA ƏHMƏDOĞLU

"Dağ çiçəkləri" ədəbi birliyinin sədri, şair-publisist.

Yardımlı

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla