Yükləmə gedir gözləyin...
“Neftçi” komandası "Kəpəz"ə böyük hesabla qalib gəldi
Azərbaycanın “Neftçi” komandası "Kəpəz"ə böyük hesabla qalib gəldi.
Xeberpress.az komandanın məlumatına əsasən bildirir ki, “Neftçi” Misli Premyer Liqasında növbəti oyuna çıxıb. Komandamız 2-ci turda “Kəpəz”ə böyük hesabla qalib gəlib - 5:2. "Bakcell Arena"da baş tutan matçda flaqmanın qollarını Solomon Kvirkveliya, Qodsvey Donyo, Kenni Sayef, Eddi İsrafilov və Yeqor Boqomolski vurublar. Rəqibin heyətində Abdullahi Şuaybu və Nicat Süleymanov fərqləniblər.
Qeyd edək ki, 1-ci turda "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edən "Neftçi" 2 oyundan 6 xal toplayıb.
Oxşar xəbərlər: