Valyuta məzənnəsi
Xəbər lentİ

Qılıncoynadanlarımız İslamiadada 3 medal qazandılar

09:45, 15.08.22
azerbaycan, idman
Qılıncoynadanlarımız İslamiadada 3 medal qazandılar

Azərbaycan qılıncoynadanları İslamiadada 3 medal qazanıblar.

Xeberpress.az nazirliyin məlumatına əsasən bildirir ki, Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında qılıncoynatmanın sablya növündə qadınların şəxsi yarışına yekun vurulub.

finalda Azərbaycan sablyaçısı Palina Kaspiaroviç Türkiyə təmsilçisi İrina Şçuklaya 14:15 hesabı ilə uduzaraq gümüş medala layiq görülüb. Yarımfinalda Palina Kaspiaroviçə 9:15 hesabı ilə məğlub olan Səbinə Kərimova və İrina Şçuklaya 10:15 hesabı ilə uduzan Valeriya Bolşakova isə 5-ci İslam Həmrəyliyi Oyunlarının bürünc medalını qazanıblar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Oyunların məhz Konyada keçirilməsi təsadüfi deyil. Qədim tarixi olan Konya şəhəri həm də İslam sivilizasiyasının mühüm mərkəzlərindən sayılır. Böyük təsəvvüf şairlərindən olan Cəlaləddin Ruminin türbəsi zahidlər üçün ziyarətgahdır. Ümumiyyətlə, Konya müxtəlif mədəniyyətlərin bir araya gəldiyi harmonik ruha sahibdir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla