Valyuta məzənnəsi
Xəbər lentİ

Dövlət Komitəsi nümayəndələri hərbçilərlə görüşüb

11:44, 31.05.22
azerbaycan, bolge
Dövlət Komitəsi nümayəndələri hərbçilərlə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi qulluqçularla görüş keçirib.

Xeberpress.az Müdafiə Nazirliyinin məlumatına əsasən bildirir ki, Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir.

Birgə tədbirlər planına uyğun olaraq komitə nümayəndələri N hərbi hissəsində şəxsi heyətlə görüşərək "Dini ekstremizmlə mübarizədə hərbi qulluqçuların yeri və rolu" mövzusunda geniş söhbətlər aparıb.

Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla