Valyuta məzənnəsi
Xəbər lentİ

Azərbaycan - Türkiyə Anlaşma Memorandumu imzalandı

12:35, 28.05.22
azerbaycan, texnologiya
Azərbaycan - Türkiyə Anlaşma Memorandumu imzalandı

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalandı.

Xeberpress.az nazirliyin məlumatına əsasən bildirir ki, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.

Görüşdə festivalın keçirilməsinin əhəmiyyəti və hər iki ölkəyə töhfələri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə arasında kosmik sənaye, müvafiq mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirə keçirilib.

Görüş çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla