Valyuta məzənnəsi
Xəbər lentİ

Bakıda möhtəşəm “TEKNOFEST Azərbaycan” festivalı

12:05, 26.05.22
azerbaycan, texnologiya
Bakıda möhtəşəm “TEKNOFEST Azərbaycan” festivalı

Bu gün - Mayın 26-da Bakıda “TEKNOFEST Azərbaycan” festivalına start verildi.

Festivalın aparıcıları bu mötəbər tədbir barədə məlumatı qonaqlarla bölüşüblər.

Xeberpress.az qeyd edir ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “Teknofest” mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçirilir.

“Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

Sonra “TEKNOFEST”ə hazırlığın gedişatını əks etdirən videoçarx nümayiş olunub. Videoçarxda qeyd edilib ki, festivala hazırlıq çərçivəsində tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və işçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib. Bakı Kristal Zalı və Dənizkənarı Bulvar ərazisinin rabitə, elektrik enerjisi və digər kommunikasiyalarla təminatı yoxlanılıb, görüləcək işlərin planı hazırlanaraq icrasına başlanılıb. Festivalın keçiriləcəyi ərazinin, eləcə də qonaqların və müsabiqə iştirakçılarının qalacaqları Atletlər Kəndi və mehmanxanalarda gücləndirilmiş təhlükəsizlik tədbirlərinin görülməsi üçün güc strukturları ilə birgə tədbirlər planlaşdırılıb. Tədbir iştirakçılarının akkreditasiyası həyata keçirilməyə başlanıb. Ziyarətçilərin “iticket.az” platforması üzərisindən onlayn bilet əldə etmələri üçün texniki hazırlıq işləri tamamlanıb və mayın 1-dən qeydiyyata başlanılıb. Dənizkənarı Bulvar ərazisində çadırların montaj işlərinə start verilib.

Daha sonra Səlcuq Bayraktarın geri sayımı ilə “TEKNOFEST Azərbaycan” festivalı öz işinə başlayıb. Təbdir iştirakçıları VİP tura dəvət olunublar. Tur zamanı moderator qonaqlara “TEKNOFEST” barədə ümumi məlumat verib.


***


“Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalıdır. Tədbir “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur.

“Teknofest Azərbaycan” tədbirinin 2022-ci ilin 26-29 may tarixlərində "Bakı Kristal Zalı" və Dənizkənarı bulvar ərazisində keçirilir. Festivalın təşkilatçıları “Türkiyə Texnologiya Komandası” - T3 Fondu, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyidir.

“Teknofest Azərbaycan” çərçivəsində 8 kateqoriya üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off” Azərbaycan Startap Sammiti və “Rocket League” video oyunu üzrə Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və həllərinin, eləcə də gənclərin hazırladıqları prototiplərin və STEM layihələrin nümayiş olunması, açıq səma altındakı statik ərazidə isə pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə tutulub.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.



Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla