Valyuta məzənnəsi
Xəbər lentİ

Ordumuzda taktiki təlim keçirilib

10:10, 01.03.22
azerbaycan, siyaset
Ordumuzda taktiki təlim keçirilib

Döyüş hazırlığı planına əsasən, hərbi hissədə taktiki təlim keçirilib.

Xeberpress.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, təlimin ssenarisinə uyğun olaraq, bölmələr ərazidə müxtəlif üsullarla taktiki yerdəyişmə, mühafizə və axtarış əməliyyatları, şərti düşmənin diversiya-kəşfiyyat qrupunun aşkarlanaraq zərərsizləşdirilməsi və digər tapşırıqları uğurla yerinə yetiriblər.

Taktiki təlimlərin keçirilməsində əsas məqsəd bölmələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və hərbi qulluqçuların praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla