Valyuta məzənnəsi
Xəbər lentİ

Tərk edilmiş hərbi mövqelərdə silah-sursat aşkarlanıb

10:55, 16.02.22
azerbaycan, bolge
Tərk edilmiş hərbi mövqelərdə silah-sursat aşkarlanıb

Füzuli rayonunda tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat tapılıb.

İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması üçün daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.

Xeberpress.az bildirir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilmiş hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər. Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4 avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil verilib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla