Valyuta məzənnəsi
Xəbər lentİ

Dünyada ən çox yoluxma sayı ABŞ-dadır

11:11, 13.07.21
azerbaycan, dunya
Dünyada ən çox yoluxma sayı ABŞ-dadır

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 188 milyonu ötüb.

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 390 mindən çox artıb.

Xeberpress.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 390 min 26 nəfər yeni koronavirusa yoluxub, 6 min 387 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 188 milyon 51 min 747, ölənlər isə 4 milyon 55 min 551 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (34,7 milyon), Hindistan (30,9 milyon), Braziliya (19,1 milyon), Fransa (5,8 milyon), Rusiya (5,8 milyon) və Türkiyədə (5,4 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda ÜST-ü ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla