Valyuta məzənnəsi
Xəbər lentİ

Prezident Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişiklik etdi

21:21, 11.11.16
azerbaycan, siyaset
Prezident Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişiklik etdi

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Xeberpress.az Prezident.az-a istinadən bildirir ki, fərmana əsasən, "Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə"nin 8.25-1-ci bəndi ləğv edilir.

Qeyd edək ki, Əsasnamənin 8-ci maddəsinin (Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:) həmin bəndində deyilirdi:

"8.25-1. turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərini akkreditasiyadan keçirmək;"

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla