Valyuta məzənnəsi
Xəbər lentİ

"Mall"lar və idman zalları açılır

09:45, 10.06.21
azerbaycan, cemiyyet
"Mall"lar və idman zalları açılır

Bu gündən etibarən "Mall"lar fəaliyyətini bərpa edir.

Bu gündən etibarən iri ticarət mərkəzləri, "Mall"lar fəaliyyətə başlayır.

Xeberpress.az bildirir ki, bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilir.

Xatırladaq ki, "Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.


***


Bu gündən etibarən idman zalları fəaliyyətə başlayır.

Xeberpress.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Qərara əsasən, iyunun 10-u saat 00.00-dan etibarən idman və sağlamlıq-bərpa obyektlərinin (tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi olmadan) fəaliyyəti bərpa edilir.

Yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilərlər.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla