Valyuta məzənnəsi
Xəbər lentİ

Parlament nümayəndə heyəti Fahrettin Koca ilə görüşdə

12:24, 09.06.21
azerbaycan, siyaset
Parlament nümayəndə heyəti Fahrettin Koca ilə görüşdə

Azərbaycan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi parlament nümayəndə heyəti Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüşüb.

Xeberpress.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb. Eyni zamanda, yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə tədbirlərinin nəticələrindən bəhs olunub.

Qeyd edək ki, Azərbaycan və Türkiyə yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə nəzərəçarpan uğurlar qazanan ölkələr sırasındadır. Hər iki ölkədə virusa qarşı peyvəndləmə sürətlə aparılır.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla