Valyuta məzənnəsi
Xəbər lentİ

Parlamentin nümayəndə heyəti Anıtqəbri ziyarət edib

12:18, 09.06.21
azerbaycan, siyaset
Parlamentin nümayəndə heyəti Anıtqəbri ziyarət edib

Azərbaycanın parlament nümayəndə heyəti Anıtqəbri ziyarət edib.

Ankarada səfərdə olan Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılıq etdiyi və işçi qrupun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyevin daxil olduğu nümayəndə heyəti iyunun 9-da Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.

Xeberpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Milli Məclisi adından Atatürkün məzarı önünə əklil qoyulub.

Nümayəndə heyətinin üzvləri Anıtqəbir muzeyi ilə tanış olub, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov xatirə kitabına ürək sözlərini yazıb.

Fikirlər

 Oxşar xəbərlər: 

"Xeberpress.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gozləyin Bağla